Rəqəmsal marketinq üzrə mütəxəssis: “Sosial şəbəkəyə ehtiyac birə on artıb”

Rəqəmsal marketinq üzrə mütəxəssis: “Sosial şəbəkəyə ehtiyac birə on artıb” Rəqəmsal marketinq üzrə mütəxəssis Günay Cəfərli Report Media Məktəbinin qonağı olub.
Media
10 Sentyabr , 2020 16:08
Rəqəmsal marketinq üzrə mütəxəssis: “Sosial şəbəkəyə ehtiyac birə on artıb”
Günay Cəfərli

Rəqəmsal marketinq üzrə mütəxəssis Günay Cəfərli Report Media Məktəbinin qonağı olub.

Media Məktəbinin tələbələri ilə görüşdə çıxış edən G.Cəfərli müasir dövrdə sosial şəbəkələrin əhəmiyyətini qeyd edib: “Pandemiya dövrü bir daha rəqəmsal marketinqə tələbatın nə qədər yüksək olduğunu göstərdi. Yəni sosial şəbəkə və platformalara ehtiyac birə on artıb. Rəqəmsal marketinqin özəlliyi ondadır ki, ənənəvi marketinqi avtomatik olaraq rəqəmsala çevirmək olar. Əgər ənənəvi qaydada çap edilən bukletin üzərinə QR kod vurulubsa, telefonu yaxınlaşdırmaqla sayta keçid etməklə məlumatı internetdən əldə etmək olar”.

Ekspert sosial mediada və ya internetdə paylaşılan şəxsi məlumatın dəqiq olmasının vacibliyini də qeyd edib: “Elektron ünvan və ya sosial media profili yaradarkən ad və soyadın düzgün qeyd olunması vacibdir. İşə qəbulda məlumat axtaran şirkət axtarış verib məlumatı rahat əldə edə bilməlidir. Kənar adlar isə çaşqınlıq yaradır. "Facebook" şəbəkəsi Azərbaycanda populyar olduğundan orada dəqiq məlumatın verilməsi mühümdür. Baş səhifədə təhsil, iş təcrübəsi barədə yazılan qeydlər doğru olmadıqda, sabah problem yaşana bilər”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi