"Report"un əməkdaşı Hüquqşünaslar Qrupu tərəfindən mükafatlandırılıb - FOTO

"Report"un əməkdaşı Hüquqşünaslar Qrupu tərəfindən mükafatlandırılıb - FOTO Qrupun fəaliyyətinin 3 ilinin tamam olması münasibətilə tədbir keçirilib
Media
3 Dekabr , 2016 19:04
Reportun əməkdaşı Hüquqşünaslar Qrupu tərəfindən mükafatlandırılıb - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Hüquqşünaslar Qrupunun fəaliyyətinin 3 ilinin tamam olması münasibətilə tədbir keçirilib.

"Report"un məlumatına görə, mərasimdə ölkənin tanınmış hüquqşünasları və vəkilləri - Elvin Səlimov, Aqil Layicov, Nicat İsmixanov, Loğman Abdullayev, Nicat Gözəlov, Rövşanə Rəhimli, Faiq Nağıyev, Anar Bağırov, Muxtar Mustafayev, Ramil Süleymanov, Xədicə Şirinova, Nemət Ağalarov, Tural Musayev, Səbuhi Axundov, Cəmil Adışov və Erkin Məmmədov iştirak edib.

Tədbirdə Hüquqşünaslar Qrupu adından bir neçə jurnalistə mükafatlar təqdim olunub. Həmçinin "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibliyə də mükafat verilib. O, qrupun ictimai fəaliyyətində, eləcə də ölkədə fəaliyyət göstərən hüquqşünaslara verdiyi informasiya dəstəyinə görə 2016-cı ilin "Dost jurnalist" fəxri adı ilə təltif edilib.

Hüquqşünaslar Qrupunun üzvü, vəkil Elvin Səlimov "Report"a bildirib ki, qrup 2013-cü ildə vəkil Aqil Layicov, hüquqşünas Səbuhi Axundov və bir neçə hüquqşünas tərəfindən yaradılıb: "Qrup "Facebook" sosial şəbəkəsi üzərindən insanlara təmənnasız virtual hüquqi yardım göstərilməsi ilə məşğuldur. Qrupun 16 mindən çox üzvü var. 3 il ərzində qrupda hüquqi yardım almaq istiqamətində 10 mindən çox sorğu paylaşılıb. Həmin zaman insanlara qrupun vəkil və hüquqşünas üzvləri tərəfindən hüquqi xidmətlər göstərilib".

E.Səlimovun sözlərinə görə, Hüquqşünaslar Qrupunda hər hansı siyasi yöndə paylaşımlar və şərhlərə yer verilməyir: "Bu da qrupun digər qruplardan fəqliliyini göstərir. Qrup yaradılarkən bununla bağlı özünün nizamnaməsi qəbul edilib və "Facebook" sosial şəbəkəsinin idarəçiliyi tərəfindən möhürlə təmin edilib. Hətta qrup silsilə olaraq, xeyriyyə tədbirləri keçirir".

Son xəbərlər

Orphus sistemi