Report Media Məktəbinin Vətən müharibəsində döyüşmüş məzununa sertifikat təqdim edilib

Report Media Məktəbinin Vətən müharibəsində döyüşmüş məzununa sertifikat təqdim edilib Report Media Məktəbinin məzunu Elmir Həsənova sertifikat təqdim edilib.
Media
10 Fevral , 2022 13:50
Report Media Məktəbinin Vətən müharibəsində döyüşmüş məzununa sertifikat təqdim edilib
Elmir Həsənov

Report Media Məktəbinin məzunu Elmir Həsənova sertifikat təqdim edilib.

“Report” xəbər verir ki, Report Media Məktəbinin sayca 5-ci qrupunda təhsil alan E.Həsənov 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsinə yollanıb, Fizuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşdə ağır yaralanıb və uzun müddət müalicə alıb.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu E.Həsənovun müalicəsi ilə əlaqədar onunla görüşün bu günə təsadüf etdiyini deyib:

“Elmir Vətən müharibəsinin ilk günündən cəbhəyə yollandığı üçün Report Media Məktəbinin sertifikatını 2020-ci ildə ala bilməyib. Sonra yaralandığı barədə məlumat aldıq. Telefon əlaqəsi ilə danışsaq da, əyani görüşə bilməmişdik. Nəhayət, bu gün sertifikatını təqdim edə bildik”.

E.Həsənov müharibədə yaralanması ilə əlaqədar müalicəsinin davam etdityini bildirib:

“Uzun müddətdir müalicə alıram və bu proses hələ də davam edir. Bu səbəbdən Report Media Məktəbinin sertifikatını ala bilməmişdim. Agentliyin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

Elmir Həsənov “Hərbi xidmətlərə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi