Report Media Məktəbində yeni təlim proqramına start verilib

Report Media Məktəbində yeni təlim proqramına start verilib Təlim dövründə Multimedia jurnalistikasına önəm veriləcək
Media
1 Mart , 2021 17:24
Report Media Məktəbində yeni təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.

Müraciət etmiş 7 nəfər gənc İA-da xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə Multimedia jurnalistikasına önəm veriləcək.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu gənc jurnalistlərlə görüşdə bildirib ki, müasir dövrdə sürətli qərar qəbul etmək vərdişinin formalaşması önəmlidir:

“İnformasiyanın ötürülməsi prosesində rəqabət güclənib. Müasir dövrdə bir smartfonun köməyi ilə böyük bir agentliyini xəbər müstəvisində qabaqlamaq olar. Kim məlumatı zamanında çatdıra bilsə, o da böyük auditoriyaya qazanır. Bu günün jurnalisti artıq köhnəlmiş metodlarla çalışa bilməz, müasir texnologiyanı mənimsəməyi bacarmalıdır”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi