Report Media Məktəbində yeni formatda təlim proqramına start verilib

Report Media Məktəbində yeni formatda təlim proqramına start verilib Report Media Məktəbində yeni formatda təlim proqramına start verilib
Media
20 Sentyabr , 2021 16:29
Report Media Məktəbində yeni formatda təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni formatda təlim proqramına start verilib.

Müraciət etmiş tələbələr Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə Report Media Məktəbində baş verən yeniliklərə toxunub:

“Biz ilk dəfə olaraq təlim proqramını rus dilində keçməyə qərar verdik. “Report” ölkənin aparıcı agentliklərindən biridir. Bizim xəbərlərə istinad Rusiya mətbuatında da, Ukrayna mətbuatında da var. Agentlikdə rus dilində olan kontentə ciddi diqqət verilir. Report Media Məktəbinin məzunlarını agentlikdə işə cəlb edirik. Rus redaksiyasına da savadlı və perspektivli şəxslər tələb olunur, hazırlanan xəbərlər dünya standartlarına cavab verməlidir”.

İsmayıl Rafiqoğlu
İsmayıl Rafiqoğlu

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu da layihənin uğurla davam etdiyini vurğulayıb:

“Hazırda agentlik üçün layiqli kadrlar hazırlamaq üçün çalışırıq. Gənclərin peşəkar kimi təkmilləşməsi üçün yeni kompüter texnikası və bir sıra başqa avadanlıq alınıb. Tədris metodikasında da bir sıra yenilik etmişik. Yaxşı nəticə əldə edəcəyimə ümidliyik”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi