Report Media Məktəbində yeni təlim proqramına start verilib

Report Media Məktəbində yeni təlim proqramına start verilib "Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub.
Media
21 Oktyabr , 2022 17:22
Report Media Məktəbində yeni təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində növbəti qrup təlim proqramına qoşulub.

Müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Report Media Məktəbinin artıq sayca 12-ci qrupunun üzvləri ilə görüşdə bildirib ki, Media Məktəbində qurulan tədris sistemi gənc jurnalistlərin daha effektiv çalışmaları üçün şərait yaradır:

“Təlimə qoşulan hər bir gənc informasiyanın əldə edilməsi, emal edilməsi, doğru-düzgün yazılması ilə bağlı nəzəri biliklərini artıracaq, praktik olaraq həyata keçirəcək”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu növbəti təlim proqramında bir neçə yeniliyin tətbiq ediləcəyini bildirib:

“Report Media Məktəbinin tələbələri üçün maraqlı tədbir planı hazırlanıb. Proqramın öhdəsindən gəlmək üçün xeyli güc sərf etmək lazım gələcək. İnformasiya agentliyinin əməkdaşının görməli olduğu hər bir işi tələbələrə də öyrətməyi düşünürük".

İsmayıl Rafiqoğlu
İsmayıl Rafiqoğlu

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi