Report Media Məktəbində növbəti təlim proqramına start verilib

Report Media Məktəbində növbəti təlim proqramına start verilib "Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.
Media
9 İyun , 2021 11:12
Report Media Məktəbində növbəti təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.

Müraciət etmiş tələbələr Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə Multimedia jurnalistikasına önəm veriləcək.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu gənc jurnalistlərlə görüşdə bildirib ki, qlobal informasiya mühitində baş verən proseslər Azərbaycandan da yan ötmür.

“Ənənəvi KİV artıq oxucu auditoriyasını qorumaq üçün daha kreativ düşüncə tərzini ortaya qoymalıdır. Bir çox nüfuzlu media qurumlarında sosial media meneceri, qrafik dizayner, fotoqraf, operator, tərcüməçi kimi vakansiyalarda çalışan əməkdaşların sayı bəlkə də jurnalistlərə görə çoxluq təşkil edir. İstehsal edilən informasiyanı daha cəlbedici yollarla istifadəçiyə çatdırmaq bir nömrəli məsələyə çevrilib. Report Media Məktəbində də bu məsələlərə diqqət veriləcək”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi