“Report” ilə UNİAN arasında əməkdaşlıq memorandumu imzalanıb

“Report” ilə UNİAN arasında əməkdaşlıq memorandumu imzalanıb “Report” informasiya agentliyi ilə UNİAN (Ukraynanın Müstəqil Xəbərlər İnformasiya Agentliyi) məlumat mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
Media
24 Noyabr , 2021 18:53
“Report” ilə UNİAN arasında əməkdaşlıq memorandumu imzalanıb
Fuad Hüseynəliyev və Mixaylo Qannitskiy

“Report” İnformasiya Agentliyi (İA) ilə UNİAN (Ukraynanın Müstəqil Xəbərlər İnformasiya Agentliyi) məlumat mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.

“Report” xəbər verir ki, hər iki informasiya agentliyi arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi ilə bu gün Kiyev şəhərində memorandum imzalanıb. Sənədi “Report” İA-nın direktoru Fuad Hüseynəliyev və UNİAN-ın baş redaktoru Mixail Qannitskiy imzalayıblar.

Tərəflər ölkələrinin daxili və beynəlxalq həyatında cərəyan edən aktual hadisələr haqqında operativ və etibarlı informasiya materiallarının mütəmadi olaraq mübadiləsini dəstəkləmək barədə razılığa gəliblər.

Bununla yanaşı, memorandum işçilərin ixtisaslarını artırmaq üçün mübadilə proqramlarının həyata keçirilməsini, habelə Azərbaycan və Ukrayna arasında peşəkar əlaqələrin və dostluq münasibətlərinin inkişafına töhfə verəcək tədbirlərin birgə təşkilini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi