Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verib

Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verib Əməkdar jurnalistə qarşı xüsusi ittiham qaydasında verilən şikayətə baxılacaq məhkəmənin vaxtı da açıqlanıb
Media
439
31 Mart , 2016 11:43
Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verib

Əməkdar jurnalistə qarşı xüsusi ittiham qaydasında verilən şikayətə baxılacaq məhkəmənin vaxtı da açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq məhkəmənin vaxtı açıqlanıb.

Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlovun "Report"a verdiyi məlumata görə, işə aprelin 1-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hüquqşünas bildirib ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı ikinci iddiasına Nəsimi Rayon Məhkəməsində, hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Məhkəmənin növbəti iclası aprelin 7-də keçirləcək: "Arif Alışanov iddia edir ki, Qulu Məhərrəmli onun şərəf və ləyaqətini alçaldıb. O, jurnalistdən 100 min manat tələb edir".

Onun sözlərinə görə, Q.Məhərrəmli də növbəsində iki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib: "Həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq".

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Son xəbərlər

Orphus sistemi