“​Qafqazinfo”nun 6 yaşı tamam olur

“​Qafqazinfo”nun 6 yaşı tamam olur Elbrus Ərud: “Qafqazinfo” Azərbaycan reallığında işləməyi bacaran media qurumudur”
Media
175
16 Avqust , 2016 11:32
“​Qafqazinfo”nun 6 yaşı tamam olur

Bakı. 16 avqust. REPORT.AZ/ Qafqazinfo.az xəbər portalının yaranma günüdür.

“Report”un məlumatına görə, saytın 6 yaşı tamam olur.

“Qafqazinfo” 2010-cu ilin avqustun 16-da fəaliyyətə başlayıb. Xəbər portalında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

“Qafqazinfo”nun təsisiçisi və baş direktoru Elbrus Ərud “Report”a açıqlamasında deyib ki, bu internet qəzet nəinki internet mediasında, o cümlədən bütövlükdə Azərbaycan jurnalistikasında özünəməxsus yeri var: “Qafqazinfo” Azərbaycanda yeni yaranan xəbər portallarından biri olub. Saytın 6 yaşını kollektiv çərçivəsində qeyd edəcəyik. Düşünürəm ki, “Qafqazinfo” Azərbaycan reallığında işləməyi bacaran media qurumudur. İşimizdən məmnunuq”.

E.Ərud saytdakı texniki yeniliklərə də toxunub: “Yeniliklər hər gün ola bilər. Zaman dəyişir, sayt daim yenilənməlidir. Yeni mobil əlavələri istifadəyə vermişik. “Qafqazinfo” ən baxımlı saytlardan biridir. Saytın Youtube video-portalında kanalı yaradılıb. Bundan başqa, saytın Facebook sosial şəbəkəsindəki səhifəsinin rəsmiləşdirilməsinin üzərində işləyirik. Xəbərlə işlədiyimizə görə layihə düşünmürük, gündəmi izləyirik, nə baş verirsə, təfərrüatını öyrənməyə çalışırıq”.

“Report” olaraq “Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Son xəbərlər

Orphus sistemi