“Qafqazinfo”nun 10 yaşı tamam oldu

“Qafqazinfo”nun 10 yaşı tamam oldu Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.
Media
16 Avqust , 2020 13:30
“Qafqazinfo”nun 10 yaşı tamam oldu

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.

“Report”un xəbərinə görə, portalın 10 yaşı tamam olur.

“Qafqazinfo” inkişaf edərək hər il oxucu kütləsini və sıralarını genişləndirir. Hazırda xəbər portalının 23 rəsmi əməkdaşı var.

Bundan başqa, ölkənin digər rayonlarında baş verən xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də fəaliyyət göstərir. 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir. 

Gün ərzində sayta 150-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.

“Report” İnformasiya Agentliyinin kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi