Bakı. 1 mart. REPORT.AZ/ Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan “Teleqraf.com” və “Publika.az” xəbər saytlarının yaranma günüdür.
“Report” xəbər verir ki, hər iki saytın fəaliyyətə başlamasının 6 ili tamam olur.
“Teleqraf.com” saytının siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin, “Publika.az”ın isə dünya, maraqlı, idman, layihələr, həmçinin nida.az, qırmızı.az, sringer.az, tabloid.az, ekopublika.az kimi bölmələri var.
“Report” İnformasiya Agentliyinin kollektivi başda “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı olmaqla bu saytlarda çalışan bütün həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!