Şöbə müdiri: “Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”

Şöbə müdiri: “Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır” “Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.
Media
8 Avqust , 2020 12:02
Şöbə müdiri: “Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”
Şahmar Mövsümov

“Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar ki, o hansısa hadisəni işıqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi