Prezident “Report”un iki əməkdaşını təltif etdi

Prezident “Report”un iki əməkdaşını təltif etdi Prezident İlham Əliyevin Azərbaycan mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə təltif etdiyi jurnalistlər arasında “Report” İnformasiya Agentliyinin əməkdaşları da var.
Media
2653
22 İyul , 2020 16:42
Prezident “Report”un iki əməkdaşını təltif etdi

Prezident İlham Əliyevin Azərbaycan mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə təltif etdiyi jurnalistlər arasında “Report” İnformasiya Agentliyinin əməkdaşları da var.

“Report”un iki əməkdaşı - Həsənova Afət Maqsud qızıMəmmədov Elşən Ağamirzə oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Onlar Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə medala layiq görülüblər. 

“Report” İnformasiya Agentliyini bu yüksək diqqətə və mətbuat orqanın fəaliyyətini qiymətləndirərək iki əməkdaşının təltif olunmasına görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirir. Bu ali qiymət gələcəkdə də Azərbaycan həqiqətlərini yerli və xarici auditoriyaya çatdırılması işində əməkdaşlarımıza əlavə stimul verəcək.

Son xəbərlər

Orphus sistemi