Parlament Jurnalistləri Birliyi Türkiyədəki terroru pisləyib

Parlament Jurnalistləri Birliyi Türkiyədəki terroru pisləyib PJB-nin başsağlığı mesajında Azərbaycanla Türkiyənin qardaş ölkə olduğu vurğulanıb
Media
29 İyun , 2016 20:08
Parlament Jurnalistləri Birliyi Türkiyədəki terroru pisləyib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) İstanbulun Atatürk Hava Limanında baş verən terror aktlarını pisləyən və həlak olan insanlarla bağlı türk xalqına başsağlığı verib. 

"Report"un məlumatına görə, PJB-nin başsağlığı mesajında Azərbaycanla Türkiyənin qardaş ölkə olduğu vurğulanaraq qeyd olunur ki, terroristlərin Atatürk Hava Limanında etdiyi terror nəticəsində çox sayda insanın həlak olması və yaralanması bütün Azərbaycanı üzüb.

"Terroristlərin xain hücumları nəticəsində onlarla insanın ölməsindən, yüzlərlə insanın yaralanmasından çox üzüldük. Biz terroru lənətləyir və Türkiyədə dinclik olmasını diləyirik. İnanırıq ki, bir daha Türkiyədə terror yaşanmayacaq, Türk təhlükəsizlik qüvvələri, Türk əsgərləri terrorun kökünü kəsəcək və Türkiyədə bir daha terror yaşanmayacaq. Biz Türkiyəyə terrorla mücadilədə güc, qüvvət və uğurlar diləyir, terror qurbanlarına Allahdan rəhmət, yaxınlarına, bütün Türkiyəyə səbr və başsağlığı, yaralananlara şəfa diləyirik ", - deyə PJB-nin mesajında bildirilir.

Son xəbərlər

Orphus sistemi