Pakistanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO

Pakistanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO Səfir və agentliyin baş redaktoru arasında görüş baş tutub
Media
330
18 Fevral , 2015 11:39
Pakistanın Azərbaycandakı səfiri Report informasiya agentliyində olub - FOTO

Bakı. 18 fevral. REPORT.AZ/ Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser (Khalid Usman Qaiser) "Report" informasiya agentliyində olub.

"Report" xəbər verir ki, ilk olaraq səfir redaksiyanın ofisində yaradılan şərait və agentliyin fəaliyyəti ilə tanış olub.

Daha sonra X.U.Qayser "Report" agentliyinin baş redaktoru Murad Əliyevlə görüşüb. 

Qonağı səmimi salamlayan M.Əliyev qeyd edib ki, media iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində böyük rol oynayır.

Öz növbəsində, X.U.Qayser agentliyə dəvət olunduğuna görə minnətdarlığını bildirib. Diplomat qeyd edib ki, "Report" agentliyi onun səfir qismində fəaliyyəti dövründə baş çəkdiyi ilk KİV olub. Görüş zamanı səfir KİV-in iki dövlət arasında münasibətlərin inkişafında rolu haqqında fikirlərini bildirib. 

Diplomat agentliyin kollektivinə uğurlar arzulayıb, eləcə də Azərbaycan və Pakistan KİV-ləri arasında əlaqələrin qurulmasında köməklik etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi