Oxu.Az 8 yaşını qeyd edir - VİDEO

Oxu.Az 8 yaşını qeyd edir - VİDEO Bu gün Oxu.Az xəbər portalı səkkiz yaşını qeyd edir.
Media
1 İyul , 2021 11:14
Oxu.Az 8 yaşını qeyd edir - VİDEO

Bu gün Oxu.Az xəbər portalı səkkiz yaşını qeyd edir.

"Report" xəbər verir ki, saytın əsas veb-resursu olan www.oxu.az 2013-cü ilin iyulun 1-də fəaliyyətə başlayıb. Qısa müddətdə geniş oxucu auditoriyası toplayan portal gün ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır.

Həmçinin saytda ölkədə və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir. 24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.

Öz göstəriciləri ilə media sahəsində aparıcı mövqedə dayananan saytın komandası oxuculara daim yeni və maraqlı materialları operativ şəkildə təqdim edir.

"Report" İnformasiya Agentliyinin kollektivi Oxu.Az-da çalışan həmkarlarını təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi