Ötən il serial çəkilişləri üçün xərclənən vəsaitin miqdarı açıqlandı

Ötən il serial çəkilişləri üçün xərclənən vəsaitin miqdarı açıqlandı 2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.
Media
594
24 İyun , 2020 11:31
Ötən il serial çəkilişləri üçün xərclənən vəsaitin miqdarı açıqlandı

2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.

"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib. 

Qeyd olunub ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.

Son xəbərlər

Orphus sistemi