Ötən il özəl telekanalların hər birinə yarım milyon manat ayrılıb

Ötən il özəl telekanalların hər birinə yarım milyon manat ayrılıb ​​​​​​​2020-ci ildə Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat  6 özəl ümumrespublika teleradio yayımçıları arasında bölüşdürülüb.
Media
18 Yanvar , 2021 14:58
Ötən il özəl telekanalların hər birinə yarım milyon manat ayrılıb

2020-ci ildə Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat 6 özəl ümumrespublika teleradio yayımçıları arasında bölüşdürülüb.

“Report” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında qeyd edilib.

Vəsaitdən “Lider TV və Radio Azərbaycan” MMC, “Xəzər TV” MMC, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası, “ARB 24” MMC, “Space Müstəqil Teleradio” MMC, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə hər birinə 500 000 manat ayrılıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasına vəsait Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq Şuranın 12 avqust 2020-ci il tarixli 10/1 saylı Qərarına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.

Son xəbərlər

Orphus sistemi