Ötən il Azərbaycana 400-dən artıq xarici KİV nümayəndəsi gəlib

Ötən il Azərbaycana 400-dən artıq xarici KİV nümayəndəsi gəlib XİN: "Akkreditasiyadan keçən jurnalistlərin ölkəmizdə öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün zəruri şərait yaradılıb"
Media
17 Yanvar , 2017 12:54
Ötən il Azərbaycana 400-dən artıq xarici KİV nümayəndəsi gəlib

Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Xarici İşlər Nazirliyində 400 nəfərdən artıq xarici KİV nümayəndəsi akkreditasiyadan keçib. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair buraxılışında bildirilib.

Qeyd olunub ki, yerli və xarici KİV-lə fəal əməkdaşlıq davam etdirilib, xarici siyasət məsələləri ilə əlaqədar KİV-in sorğularının operativ qaydada cavablandırılması təmin olunub: "Akkreditasiyadan keçən jurnalistlərin ölkəmizdə öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün zəruri şərait yaradılıb. 

Bundan başqa. “Rəqəmsal diplomatiya” fəaliyyəti çərçivəsində sosial şəbəkə platformalarından fəal surətdə istifadə edərək, ölkəmizə aid məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması təmin edilib".

XİN-dən bildirilib ki, 2016-cı ildə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətinin səmərəliliyinin və çevikliyinin artırılması işinə böyük önəm verilib.

Son xəbərlər

Orphus sistemi