MTRŞ “Türkel TV”nin lisenziyasını ləğv edib

MTRŞ “Türkel TV”nin lisenziyasını ləğv edib Bakı. 27 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Media
1169
27 Dekabr , 2018 17:02
MTRŞ “Türkel TV”nin lisenziyasını ləğv edib
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan "Report"a verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib. 

Eyni zamanda iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq, REGİON TV MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi