MTRŞ: Televiziyalar uşaq verilişlərinin sayını və keyfiyyətini artırmalıdı

MTRŞ: Televiziyalar uşaq verilişlərinin sayını və keyfiyyətini artırmalıdı Qurumda uşaq verilişlərinin vəziyyəti müzakirə olunub
Media
22 Oktyabr , 2015 13:38
MTRŞ: Televiziyalar uşaq verilişlərinin sayını və keyfiyyətini artırmalıdı

Bakı. 22 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın televiziya kanallarında yayımlanan uşaq verilişlərinin vəziyyəti müzakirə olunub. 

Bu barədə "Report"a MTRŞ-dən məlumat verilib.

Məlumatda bildirilib ki, müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Ombudsman Aparatının təmsilçiləri, televiziya kanallarının uşaq verilişləri üzrə məsul şəxsləri iştirak edib. 

Tədbirdə uşaq verilişlərinin vəziyyəti dəyərləndirilib, problemlərin həlli yolları araşdırılıb.

Müzakirələrin sonunda MTRŞ televiziyalara uşaq verilişlərinin sayını və keyfiyyətini artırmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi