MTRŞ rəsmisi: "Şura yalnız dövlət büdcəsindən maliyyələşən televiziyalar qarşısında tələb qoya bilər"

MTRŞ rəsmisi: "Şura yalnız dövlət büdcəsindən maliyyələşən televiziyalar qarşısında tələb qoya bilər" "Uşaq verilişlərinin vəziyyəti ilə bağlı telekanallarla dəfələrlə müzakirələr aparılıb"
Media
12 Sentyabr , 2017 16:17
MTRŞ rəsmisi: Şura yalnız dövlət büdcəsindən maliyyələşən televiziyalar qarşısında tələb qoya bilər

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Azərbaycanda teleradio haqqında qanunvericilkdə uşaq verilişlərinin neçə saat yayımlanacağı ilə bağlı kvota yoxdur. Ona görə də telekanallar qarşısında uşaq verilişlərini nə qədər yayımlamalı olmaları ilə bağlı tələb qoyulmur".

Bu sözləri "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, uşaq verilişlərinin vəziyyəti ilə bağlı telekanallarla dəfələrlə müzakirələr aparılıb: "Yayımçılar imkanları çatan proqramları hazırlamağa çalışdıqlarını bildiriblər. Yay mövsümü ərzində efirdə uşaq verilişlərinin monitorinqi aparılıb, cizgi filimləri, müəllif verilişləri yayımlanıb. "ARB Günəş" televiziyası da uşaqlar üçün verilişlərin hazırlanması, maraqlı efir saatının təmin olunması istiqamətində müsbət addımlar atır".

T.Dadaşov bildirib ki, Şura yalnız dövlət büdcəsindən maliyyəlşən telekanallar qarşısında uşaq verilişləri ilə bağlı tələb qoya bilər: "İctimai Televiziya uşaqlarla bağlı müəllif verilişləri hazırlayır. Şura özəl telekanallar qarşısında bu məsələ ilə bağlı tələb qoya bilmir. İxtisaslaşma aparılmasa da, telekanallar öz tamaşaçılarını itirməmək üçün bu sahəyə də müəyyən mənada diqqət ayırırlar".  

Son xəbərlər

Orphus sistemi