​MTRŞ: Peşəkar televiziya kadrlarının hazırlığı ilə bağlı problemlər var

​MTRŞ: Peşəkar televiziya kadrlarının hazırlığı ilə bağlı problemlər var "Bu istiqamətdə vəziyyətin düzəlməsi üçün zaman lazımdır"
Media
22 Fevral , 2016 13:15
​MTRŞ: Peşəkar televiziya kadrlarının hazırlığı ilə bağlı problemlər var

Bakı. 22 fevral. REPORT.AZ/ "Hazırda Azərbaycan televiziya kanallarında ən çox narahatlıq yaradan məsələ peşəkar kadrların azlığıdır".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, televiziya kanallarında nə qədər çox peşəkar rejissorlar, operatorlar, aparıcılar və s. olarsa, hazırlanan proqramlar da bir o qədər keyfiyyətli olar.

Telekanalların peşəkar kadr probleminin həlli üçün zamana ehtiyac olduğunu deyən Q.Cəbiyev bu sahədə mövcud kadr bazasının ehtiyaca münasib olmadığını da bildirib: "Əvvəllər bir televiziya vardı. Hazırlanan kadrlar kifayət edirdi. İndi telekanalların sayı artıb. Mövcud kadr bazası isə ehtiyaca uyğun deyil.Təbiidir ki, kifayət qədər təhsilli və təcrübəli televiziya kadrlarının olmadığı bir halda müntəzəm olaraq tamaşaçıya keyfiyyətli efir məhsulları təqdim etmək də çətindir. Yəni, peşəkar televiziya kadrlarının hazırlığı istiqamətində problemlər var. Bu istiqamətdə vəziyyətin düzəlməsi üçün zamana ehtiyac var. Odur ki, peşəkar kadrların hazırlanması istiqamətində işlər genişləndirilməlidir". 

Son xəbərlər

Orphus sistemi