MTRŞ nümayəndələri BRAF-ın 7-ci toplantısında iştirak edib

MTRŞ nümayəndələri BRAF-ın 7-ci toplantısında iştirak edib Toplantı zamanı yayım tənzimləyici orqanların fəaliyyəti müzakirə olunub
Media
2689
14 Sentyabr , 2016 16:03
MTRŞ nümayəndələri BRAF-ın 7-ci toplantısında iştirak edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 7-ci Toplantısı keçirilib.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) "Report"a verilən məlumata görə, MTRŞ Aparatının rəhbəri Toğrul Məmmədov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov Moldovanın Kişinyov şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 7-ci toplantısında iştirak edib.

Toplantı zamanı üzv dövlətlərdə seçkilər zamanı yayım tənzimləyici orqanların fəaliyyəti, tənzimləyici qurumların apardığı monitorinq fəaliyyəti, audiovizual media sahədə tənzimləyici qurumlar tərəfindən şikayətlərin qəbul olunması, araşdırılması və onlara cavab verilməsi ilə bağlı mövzular müzakirə olunub. BRAF-ın növbəti 8-ci toplantısının 2017-cı ildə Serbiyanın Belqrad şəhərində keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi