MTRŞ-nın Aparat rəhbəri: “Dövlət başçısına əməyimizə verdiyi qiymətə görə dərin təşəkkürümü bildirirəm”

MTRŞ-nın Aparat rəhbəri: “Dövlət başçısına əməyimizə verdiyi qiymətə görə dərin təşəkkürümü bildirirəm” “Hər bir sahəyə olduğu kimi, teleradio yayımı sahəsinə də cənab prezident tərəfindən verilən dəstək və qayğı hər zaman hiss edilir”
Media
2172
8 Noyabr , 2016 17:49
MTRŞ-nın Aparat rəhbəri: “Dövlət başçısına əməyimizə verdiyi qiymətə görə dərin təşəkkürümü bildirirəm”

Bakı. 8 noyabr. REPORT.AZ/ "Bütün teleradio yayımı sahəsində çalışan insanların adından dövlət başçısına əməyimizə verdiyi qiymətə görə dərin təşəkkürümü bildirirəm".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonrakı fəaliyyətimizdədə də Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında daim səylərimizi əsirgəməyəcəyik: "Hər bir sahəyə olduğu kimi, teleradio yayımı sahəsinə də dövlət başçısı tərəfindən verilən dəstək və qayğı hər zaman hiss olunur".

Qeyd edək ki, T.Məmmədov 1982-ci il martın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dəstə kəndində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 2002-ci ildə fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Dövlət hüququ” ixtisası üzrə magistratura pilləsinə daxil olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda “Konstitusiya hüququ, bələdiyyə hüququ” ixtisası üzrə aspiranturaya daxil olub və 2008-ci ildə oranı bitirib. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2005-ci ildən Milli Televiziya və Radio Şurasında çalışır. 2012-ci ildən Milli Televiziya və Radio Şurası Aparatının rəhbəridir.

T.Məmmədov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı təltif edilib.

Son xəbərlər

Orphus sistemi