​MTRŞ telekanallara xəbərdarlıq edib

​MTRŞ telekanallara xəbərdarlıq edib "Nöqsanlar aradan qaldırılmasa, tədbir görülməsi qaçılmaz olacaq"
Media
147
13 Aprel , 2015 13:01
​MTRŞ telekanallara xəbərdarlıq edib

Bakı. 13 aprel. REPORT.AZ/ "2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurasının apardığı monitorinqin nəticələri ilə bağlı hesabatında adları qeyd olunan verilişlərdə nöqsanlar, qanun pozuntusu halları davam edərsə, müvafiq tədbirlər görülməsi qaçılmaz ola bilər. Çünki şura, artıq verilişlərin məzmununu, müzakirəyə çıxarılan mövzuları da monitorinq edir". Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, Şura nöqsanların mütəmadi olaraq rast gəlindiyi, milli-mənəvi dəyərlərə zidd, insanların şəxsi və ailə həyatına müdaxilələrin edildiyi verilişlərin bağlanması ilə bağlı qərar verəcək: "Biz bunu əvvəl də demişik. Əlbəttə ki, bunu gələcək monitorinqlər göstərəcək. İnanırıq ki, yayımçılar monitorinqlə bağlı hesabatda əksini tapmış məsələlərə həssaslıqla yanaşacaqlar".

Xatırladaq ki, MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə televiziyalarda yayımlanan verilişlərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Hesabatda irad və tövsiyələr yer alıb.

Son xəbərlər

Orphus sistemi