MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib

MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara
Media
130
8 İyul , 2021 17:27
MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib

Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara yeni “Media haqqında” qanun layihəsi barədə məlumat verib, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırıb.

Daha sonra Aparat rəhbəri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışıb, bu kimi məsələlərin ölkəmizin reytinqinə mənfi təsir göstərməsini qeyd edib.

Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həllinin mümkünlüyü bildirilib. Kabel operatorlarının diqqətinə çatdırılıb ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.

Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarının nümayəndələrinin müxtəlif sualları cavablandırılıb, yayım operatorluğu fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Televiziya və Radio Şurasında növbəti həftə ərzində digər kabel yayımçılarının nümayəndələri ilə də belə görüşün keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi