MTRŞ: Azərbaycanda televiziyaların analoq yayımı yaxın vaxtlarda dayandırılacaq

MTRŞ: Azərbaycanda televiziyaların analoq yayımı yaxın vaxtlarda dayandırılacaq "Artıq rəqəmli ötürücülərin hər biri fəaliyyətdədir"
Media
15 Dekabr , 2015 15:26
MTRŞ: Azərbaycanda televiziyaların analoq yayımı yaxın vaxtlarda dayandırılacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Hazırda Azərbaycan ərazisində televiziya verilişlərinin yayımlanmasını təmin edən 500-ə yaxın ötürücü stansiya fəaliyyət göstərir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov "Report"a bildirib ki, onlardan 104-ü rəqəmsal ötürücü stansiya, 400-ə yaxını isə analoq ötürücü stansiyasıdır.

Stansiyalar vasitəsilə yayım hələ ki, paralel olaraq həyata keçirilir.

İ.Məmmədov Azərbaycanın müxtəlif yerlərində rəqəmsal ötürücü stansiyaların quraşdırıldığını bildirib: "Məsələn, Bakı şəhərində "Günəşli", "Fatmayi" və Teleqüllədə rəqəmsal yayım stansiyaları quraşdırılıb. Artıq rəqəmsal ötürücülərin hər biri fəaliyyətdədir və yayım həyata keçirirlər. MTRŞ tərəfindən analoq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən 400-ə yaxın stansiyanın fəliyyəti dayandırılacaq. Analoq yayım yaxın vaxtlarda dayandırılacaq, amma dəqiq tarix deyə bilmərəm".

İ.Məmmədov bildirib ki, bir rəqəmsal ötürücü stansiya 11 TV proqramını əhatə etdiyi halda, bir analoq yayım stansiyası isə 1 TV proqramını əhatə edir.  

Son xəbərlər

Orphus sistemi