MTRŞ ATV-yə xəbərdarlıq edib

MTRŞ ATV-yə xəbərdarlıq edib Bakı. 10 iyul. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Media
10 İyul , 2018 17:30
MTRŞ ATV-yə xəbərdarlıq edib
Report
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

Son xəbərlər

Orphus sistemi