Misirin ədəbiyyat qəzetində Vaqif Sultanlının hekayələri dərc olunub

Misirin ədəbiyyat qəzetində Vaqif Sultanlının hekayələri dərc olunub hekayələri ərəb dilinə Misirin azərbaycanşünas alim Əhməd Sami Elaydi tərcümə edib
Media
23 Noyabr , 2016 20:56
Misirin ədəbiyyat qəzetində Vaqif Sultanlının hekayələri dərc olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Qahirədə nəşr olunan "Əxbar əl ədəb" (Ədəbiyyat xəbərləri) qəzeti Azərbaycanın yazıçı-ədəbiyyatşünası Vaqif Sultanlının "Qütb gecəsi" və “Vətən” hekayə­lərini dərc edib.

Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, hekayələri ərəb dilinə Misirin azərbaycanşünas alim MMM-nin direktoru Əhməd Sami Elaydi tərcümə edib.

Qəzetdə həmçinin tərcüməçinin “Vaqif Sultanlının yaradıcılığında mühacirət və özgələşmə” adlı təqdimat məqaləsi də dərc olunub.

Son xəbərlər

Orphus sistemi