Mətbuat Şurasının “
Şuradan "Report"a verilən məlumata görə, mükafatlandırma “SOCAR-AQŞ” MMC-nin "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar keçirdiyi mərasimdə baş tutub.
Müsabiqə 4 istiqamət üzrə keçirilib. Hər istiqamət üzrə mükafatlandırma ayrılıqda olub. Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılıb.
Təqdim edilən materialların ümümi sayı 45-dir ki, bunlardan 4-ü telekanallarda yayımlanıb. Qaliblər aşağıdakı istiqamətlər üzrə mükafatlandırılıblar.
I istiqamət
“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı
I yer - Kəmalə Mustafayeva, "Upstream" qəzeti - 2000 manat;
II yer - Qaşqay Ramazanov, "Yeni Azərbaycan"» qəzeti - 1500 manat;
III yer - Səbuhi Şəldiyev, ATV telekanalı - 1000 manat.
II istiqamət
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir
I yer - Hüquq Salmanov, "Kaspiy" qəzeti - 2000 manat;;
II yer - Orxan İsrafilov, "İki sahil" qəzeti - 1500 manat;
III yer - Şahin Hüseynzadə, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) - 1000 manat.
III istiqamət
Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr
I yer - Fərəh Əliyeva, CBC telekanalı - 2000 manat;
II yer - Araz Balayev, İTV - 1500 manat;
III yer - Rövşən Əliyev, AZTV - 1000 manat.
IV istiqamət
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri
I yer - Nihad Budaqov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) - 2000 manat;
II yer - Seymur Əliyev, "Moderator.az" saytı - 1500 manat;
III yer - Səbuhi Məmmədli, "Lent.az" saytı - 1000 manat.
Həvəsləndirici mükafatlar
Nigar Abbasova, "İnterfaks Azərbaycan" İnformasiya Agentliyi - 400 manat;
Vasif Cəfərov, "Mövqe" qəzeti - 400 manat;
Günəş Nəcəfova, "Səs" İnformasiya Agentliyi - 400 manat;
Nərgiz Salmanova, "Yeni Müsavat" qəzeti - 400 manat;
Gülcahan Umudlu, "Mədəniyyət" qəzeti- 400 manat.