Mətbuat Şurası "Report" İnformasiya Agentliyini təltif edib

Mətbuat Şurası "Report" İnformasiya Agentliyini təltif edib Azərbaycan Mətbuat Şurası Report İnformasiya Agentliyini diplomla təltif edib.
Media
144
27 Oktyabr , 2019 10:11
Mətbuat Şurası Report İnformasiya Agentliyini təltif edib

Azərbaycan Mətbuat Şurası "Report" İnformasiya Agentliyini diplomla təltif edib.

"Report" xəbər verir ki, diplom agentliyin 5 illik yubileyi münasibətilə media sahəsindəki peşəkar və səmərəli fəaliyyətinə görə verilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubiley münasibətilə keçirilən mərasimdə diplomu agentliyin baş redaktoru Murad Əliyevə təqdim edib.

Xatırladaq ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşması, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi ilə ictimaiyyətin daha dolğun informasiya ilə təmin olunması məqsədi ilə "Report" İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildə fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən beş il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Son xəbərlər

Orphus sistemi