Mətbuat Şurası paytaxtda keçirilən mitinqdə monitorinq aparıb

Mətbuat Şurası paytaxtda keçirilən mitinqdə monitorinq aparıb Şura KİV nümayəndələrini üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadə etməyə çağırıb
Media
28 Oktyabr , 2017 20:34
Mətbuat Şurası paytaxtda keçirilən mitinqdə monitorinq aparıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 28-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

“Report” xəbər verir ki, şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvləri aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə almayıblar.

Qrupun üzvlərinə bununla əlaqədar hansısa narazılıq ünvanlanmayıb. Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal, demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib. Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.

Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi