Məişət zorakılığı barədə məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb

Məişət zorakılığı barədə məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin, onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının, yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirl
Media
108
19 Mart , 2022 15:37
Məişət zorakılığı barədə məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb

“Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin, onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının, yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq beynəlxalq ekspertlər tərəfindən tövsiyələr kitabı hazırlanıb.

Medianın İnkişaf Agentliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kitabda məişət zorakılığı qurbanları ilə davranış qaydaları, zərərçəkənlərlə işin aparılmasına dair məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı bu sahənin nümayəndələri üçün tövsiyələr öz əksini tapıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq keçirilən layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Müxtəlif media subyektlərindən 50-yə yaxın media nümayəndəsinin iştirak etdiyi təlimlərin məqsədi mediada məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün geniş maarifləndirmə hərəkatının aparılması, gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması istiqamətində medianın rolunun təhlil edilməsi və ictimai dəstək mexanizmlərinin təkmilləşdirilməsi olub.

“Məişət zorakılığı media müstəvisində” mövzusunda litvalı və avstriyalı ekspertlərin iştirakı ilə həyata keçirilən təlimlər 2021-ci il oktyabrın 19-dan 22-dək davam edib.

Son xəbərlər

Orphus sistemi