Jurnalistlərə vaksinin ikinci dozasının vurulmasına başlanılır

Jurnalistlərə vaksinin ikinci dozasının vurulmasına başlanılır “COVID-19” əleyhinə vaksinasiyanın birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq
Media
3250
4 May , 2021 15:36
Jurnalistlərə vaksinin ikinci dozasının vurulmasına başlanılır

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasiyanın birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Bu barədə "Report"a Mətbuat Şurasından məlumat verilib.

Aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi