Mətbuat Şurası “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda yazı müsabiqəsinin nəticələrini açıqlayıb

Mətbuat Şurası “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda yazı müsabiqəsinin nəticələrini açıqlayıb Çıxışlardan sonra qaliblərin mükafatlandırılması başlayıb
Media
19 Sentyabr , 2014 18:09
Mətbuat Şurası “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda yazı müsabiqəsinin nəticələrini açıqlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin Əsrin Müqaviləsinin 20 illiyinə həsr olunmuş “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı birgə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”-un məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Heydər Əliyevin adı ilə bağlı olan Əsrin Müqaviləsinin xalqın daimi rifahı, o cümlədən Azərbaycanın dünya dövlətləri içərisində özünə layiqli yer tutması istiqamətində görülən işlərin ən uğurlu başlanğıc nöqtəsi olub.

Onun sözlərinə görə, “Əsrin Müqaviləsi”sinin 20-ci ildönümünü bayram kimi qeyd edilir: “Azərbaycan Mətbuat Şurası və "SOCAR-AQŞ" MMC bu münasibətlə jurnalistlər arasında yazı müsabiqəsi keçirmək qərarına gəldi. Hesab edirik ki, müsabiqə həm yubileyə xüsusi rəng qatacaq, həm də jurnalistlərin peşəkarlığının artmasına müsbət təsir göstərəcək”.

Ə.Amaşov üç istiqamət üzrə keçirilmiş müsabiqəyə ümumilikdə 52 yazının təqdim edildiyini, onlardan 17-nin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. O, həmçinin hər istiqamət üzrə ayrılıqda 3 birinci, 3 ikinci, 3 üçüncü yerin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Çıxış edənlərdən Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, "SOCAR-AQŞ" MMC-nin baş direktoru Ramin İsayev və başqaları Əsrin Müqaviləsinin imzalanmasını Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər.

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması başlayıb.

Qeyd edək ki, müsabiqənin qaydalarına uyğun olaraq 3 birinci yeri tutmuş jurnalistin hər biri 1000, ikinci yeri tutmuş 3 media təmsilçisinin hər biri 700, üçüncü yerə layiq görülmüş 3 qələm sahibinin hər biri 500, 17 həvəsləndirici mükafat sahibinin hər biri 200 manat məbləğində pulla mükafatlandırılıblar. Qaliblərə MŞ və "SOCAR-AQŞ" MMC-nin təbrik plaketləri və diplomları da təqdim edilib.

Son xəbərlər

Orphus sistemi