İTV-nın böyük redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

İTV-nın böyük redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır Koronavirusa yoluxan İTV-nin böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb.
Media
22 İyul , 2020 14:53
İTV-nın böyük redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

Koronavirusa yoluxan İTV-nin böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi, jurnalist Vüqar Hüseynov bildirib.

"Əmrah Fəqanoğlunun durumu təəssüf ki, çox pisləşib. Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı", - V.Hüseynov söyləyib.

TƏBİB-dən isə bildirilib ki, jurnalist süni tənəffüs cihazına qoşulub.

Son xəbərlər

Orphus sistemi