Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələrinin media konfransı başlayıb

Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələrinin media konfransı başlayıb Tədbirdə "Report" İnformasiya Agentliyinin əməkdaşı da iştirak edir
Media
13 Sentyabr , 2017 11:00
Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı başlayıb
Report

Kiyev. 13 sentyabr. REPORT.AZ/ Kiyevdə "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin ikinci media konfransı başlayıb.

"Report"un məlumatına görə, 6 dövlətin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) KİV nümayəndələrinin qatıldığı tədbir noyabr ayında Brüsseldə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitindən öncə təşkil olunub. 

Toplantı iştirakçıları regionda KİV ilə bağlı vəziyyəti, sosial medianın və müstəqil medianın universal dəyərlərin qorunmasında rolunu müzakirə edəcəklər.

Konfransın açılışında Avropa Komissiyasının, Ukraynadakı Avropa İttifaqı missiyasının nümayəndələri, Estoniyanın xarici işlər naziri Sven Mikser, ATƏT-in mətbuat azadlığı üzrə keçmiş nümayəndəsi Dunya Miyatoviç və başqaları iştirak edirlər.

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han tədbiri açıq elan edərək iştirakçılara ünvanlanan videomüraciətində cəmiyyət və demokratiya üçün güclü və müstəqil medianın əhəmiyyətini qeyd edib. O, Aİ-nin müstəqil mediaya dəstək verməkdə davam etdiyini vurğulayaraq müzakirələrin məhsuldar alınacağına ümid etdiyini bildirib.

Müzakirələr daha sonra plenar sessiyalar çərçivəsində davam etdiriləcək.

Tədbirdə "Report" İnformasiya Agentliyinin əməkdaşı da iştirak edir.

Son xəbərlər

Orphus sistemi