KİVDF 34 qəzetə maliyyə yardımı ayırıb - SİYAHI

KİVDF 34 qəzetə maliyyə yardımı ayırıb - SİYAHI Bununla bağlı qərar fondun Müşahidə Şurasının iclasıda qəbul olunub
Media
30 İyun , 2015 18:20
KİVDF 34 qəzetə maliyyə yardımı ayırıb - SİYAHI

Bakı. 30 iyun. REPORT.AZ/ İyunun 30-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report" xəbər verir ki, fondun Müşahidə Şurasının sədri Umud Mirzəyevi clası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumatverib

İclasın gündəliyinə 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilən müsabiqəyə təqdim olunan layihə təkliflərinin müzakirəsi və cari məsələlər daxil edilib. 

Fondun icraçı direktoru Vüqar Səfərli elan edilən şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında fondan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı - "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

2015-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

Qəzetin Adı Ayrılan məbləğ
1. "Kaspi” qəzeti 60 000
2. "Mövqe” qəzeti 60 000
3. "Yeni Azərbaycan” qəzeti 60 000
4. "Ədalət” qəzeti 60 000
5. "525-ci qəzet” qəzeti 60 000
6. "Səs” qəzeti 60 000
7. "Bakı-Xəbər” qəzeti 60 000
8. "Yeni Müsavat” qəzeti 60 000
9. "Kaspiy" 60 000
10. "Ekspress” qəzeti 60 000
11. "Palitra” qəzeti 60 000
12. "Paralel” qəzeti 40 000
13. "Həftə İçi” qəzeti 40 000
14. "Azad Azərbaycan” qəzeti 40 000
15. "Şərq” qəzeti 40 000
16. "Xalq Cəbhəsi” qəzeti 40 000
17. "Futbol+Qol” qəzeti 40 000
18. "Bizim Yol” qəzeti 40 000
19. "Olaylar” qəzeti 40 000
20. "Novoye Vremya” qəzeti 30 000
21. "Futbol+” qəzeti
30 000
22. "Üç Nöqtə” qəzeti 30 000
23. "Azernews” qəzeti 30 000
24. "Unikal” qəzeti 20 000
25. "Olimpiya Dünyası”qəzeti 20 000
26. "Oxu Məni” qəzeti 20 000
27. "Zaman-Azərbaycan” qəzeti 20 000
28. "Reytinq” qəzeti 9 000
29. "Təhsil Problemləri” qəzeti 9 000
30. "The Business Times” qəzeti 9 000
31. "Hərbi And” qəzeti 9 000
32. "Türküstan” qəzeti 9 000
33. "İqtisadiyyat” qəzeti 9 000
34. "Hürriyyət" qəzeti 9 000
CƏMİ 34 Redaksiya 1.243.000

Son xəbərlər

Orphus sistemi