Jurnalistlərə vaksinin ikinci dozası mayın 31-də vurulacaq

Jurnalistlərə vaksinin ikinci dozası mayın 31-də vurulacaq "Bu gün aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərin mobil telefonlarına vaksinin ikinci dozasının mayın 24-də tətbiq ediləcəyinə dair mesaj gəlib"
Media
861
21 May , 2021 16:08
Jurnalistlərə vaksinin ikinci dozası mayın 31-də vurulacaq
0 : 00
0 : 00

"Bu gün aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərin mobil telefonlarına vaksinin ikinci dozasının mayın 24-də tətbiq ediləcəyinə dair mesaj gəlib".

Bu barədə "Report"a Mətbuat Şurasından (MŞ) məlumat verilib.

"Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında əldə edilmiş razılığa əsasən həmin jurnalistlərə vaksinin ikinci dozasının mayın 31-də tətbiq ediləcəyi qərara alınıb", - şuradan qeyd olunub.

Xatırladırıq ki, vaksinasiya Mətbuat Şurasında aparılacaq.

Son xəbərlər

Orphus sistemi