Jurnalistlər üçün təşkil edilmiş üçgünlük təlimlər başa çatıb

Jurnalistlər üçün təşkil edilmiş üçgünlük təlimlər başa çatıb Yanvarın 24-26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı üçgünlük təlimlər başa çatıb.
Media
26 Yanvar , 2022 16:41
Jurnalistlər üçün təşkil edilmiş üçgünlük təlimlər başa çatıb

Yanvarın 24-26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı üçgünlük təlimlər başa çatıb.

Bu barədə "Report"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.

Yanvarın 24-ü, təlimin ilk günü BMTM-də Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqi ilə çıxış ediblər.

Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq və xarici siyasət sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdıran Mərkəz sədri beynəlxalq, o cümlədən təşkilat və səfirliklərlə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. O əlavə edib ki, postmünaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir və sahə üzrə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur. Çıxışlar zamanı bu kimi təlimlərin mütəmadi xarakter daşıyacağı vurğulanıb.

Daha sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov "Media nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri" və BMTM-in baş məsləhətçisi doktor Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında təlim keçiblər.

Təlimin ikinci günündə Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov tərəfindən “Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev tərəfindən “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən “Post-münaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında təlim baş tutub.

Təlimin üçüncü günü, yəni yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə mediatur təşkil edilib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi