"İnformasiya müharibəsi" kitabının imza günü keçirilib

"İnformasiya müharibəsi" kitabının imza günü keçirilib VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin "İnformasiya müharibəsi" nəzəri dərs vəsaiti və "Sirr" romanının imza günü keçirilib.
Media
9 Oktyabr , 2021 17:53
İnformasiya müharibəsi kitabının imza günü keçirilib

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin "İnformasiya müharibəsi" nəzəri dərs vəsaiti və "Sirr" romanının imza günü keçirilib.

"Report" xəbər verir ki, imza günündə fakültənin müəllimləri və tələbələri iştirak ediblər.

V.Əliyev bildirib ki, azyaşlı uşaqların sərgidə iştirak etməsi və kitaba olan münasibətləri onu çox sevindirir: "İstənilən cəmiyyətin aydınlığa çıxmasının, maariflənməsinin ən əsas elementi kitabdır. Bu cür yarmarkaların təşkil edilməsi təkcə kitabsevərlər üçün yox, bütün cəmiyyət üçün bayramdır. Xüsusən, uşaqların balaca yaşlarından kitaba alışdırılması lazımdır. Bu səbəbdən sərginin keçirilməsini alqışlayıram".

Müəllif "İnformasiya müharibəsi" kitabının məzmunu haqda da qısa məlumat verib.

Onun sözlərinə görə, kitabda Azərbaycana qarşı yürüdülən informasiya müharibəsi, onun modelləri və tətbiqi texnologiyaları haqqında ətraflı məlumatlar yer alıb.

Həmçinin informasiya müharibəsinin tarixi ilə bağlı müxtəlif sxemlər tətbiq olunub.

O qeyd edib ki, dərs vəsaiti informasiya müharibəsi ilə maraqlanan, bu sahədə irəliləyən, çalışan, xüsusən də jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi