“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib Baş Nazir Əli Əsədov  “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilməsi barədə qərar imzalayıb. 
Media
488
30 İyul , 2020 16:42
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib
Əli Əsədov

Baş Nazir Əli Əsədov “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilməsi barədə qərar imzalayıb. 

“Report” xəbər verir ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna əsasən hazırlanan bu qaydalara əsasən, müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılır.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı, informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri, informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərərvurma ehtimalı nəzərə alınır. 

İnformasiya məhsullarının yaş kateqoriyalarına aid edilməsinə dair tələblər aşağıdakılardır:

“Universal”,  “6 yaşadək”, “6 yaşdan”, “12 yaşdan”, “16 yaşdan” və “18 yaşdan” yaş kateqoriyaları. 

Qanuna əsasən, Milli Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsulunun işarələnmədiyi və yaxud Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya
məhsulunun ekspertizasını təşkil edir.
 

Son xəbərlər

Orphus sistemi