"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb

"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb Azərbaycanın Şuşa çəhərində Anım günü qeyd edilib.
Media
27 Sentyabr , 2021 12:19
Haber Global Anım günü ilə bağlı Şuşadan reportaj yayıb
0 : 00
0 : 00

Azərbaycanın Şuşa şəhərində Anım Günü qeyd edilib.

“Report” xəbər verir ki, “Haber Global” tədbirdən reportaj yayıb.

Türkiyənin tanınmış jurnalisti Murat Karataş Şuşada keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, şəhər meydanında quraşdırılan monitordan sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Gününə həsr edilən müraciətini izləyiblər.

Müxbir Gövhər ağa məscidindəki anım mərasimindən də danışıb.

Eyni zamanda, Murat Karataş Türkiyədə və Azərbaycanda Anım günü ilə bağlı sükutun eyni vaxtda keçirildiyini, o cümlədən Şuşada Bayraq meydanında bu mərasimin qeyd edildiyini vurğulayıb: “Şuşanın azad edilməsi Ermənistanı diz çökdürdü. Şuşanın xilas edilməsi Azərbaycana Zəfər gətirdi”.

Son xəbərlər

Orphus sistemi