Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb

Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində üstüstə 56 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.
Media
21 Dekabr , 2020 12:55
Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb

Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə nəzərdə tutulan vəsait açıqlanıb.

“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində üstüstə 56 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi