Fuad Hüseynəliyev: “Simonyanın jurnalist hesab olunması sual doğurur”

Fuad Hüseynəliyev: “Simonyanın jurnalist hesab olunması sual doğurur” "Qazaxıstandakı hadisələrlə bağlı təxribat xarakterli fikirləri ilə yenidən gündəmə gələn Marqarita Simonyanın jurnalist hesab olunması belə sual doğurur".
Media
8 Yanvar , 2022 23:04
Fuad Hüseynəliyev: “Simonyanın jurnalist hesab olunması sual doğurur”
Fuad Hüseynəliyev

"Qazaxıstandakı hadisələrlə bağlı təxribat xarakterli fikirləri ilə yenidən gündəmə gələn Marqarita Simonyanın jurnalist hesab olunması sual doğurur".

"Report" xəbər verir ki, bu barədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalında erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Qazaxıstanda cərəyan edən hadisələrlə bağlı təxribat xarakterli fikirlərini şərh edərkən bildirib.

Belə ki, telekanalın efirində Marqarita Simonyanın jurnalist, yoxsa siyasətçi olması kimi sual qoyulub.

F.Hüseynəliyev qeyd edib ki, Simonyan təbliğatçıdır.

"O əksər hallarda heç də Rusiyanın deyil, müəyyən dairələrin, hətta mümkündür ki, Ermənistanın ruporudur. Bəzən bu dairələrin özləri belə qeyri-müəyyənlik təşkil edir”, - F.Hüseynəliyev vurğulayıb.

Agentlik rəhbəri çıxışında, həmçinin Simonyanın paylaşımlarının da təxribat xarakteri daşıdığını vurğulayıb.

Proqramda, eyni zamanda rusiyalı jurnalist Səadət Kadırova və akademik Asəf Hacıyev də məsələ ətrafında fikirlərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi