​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliyi Gürcüstan mətbuatı geniş işıqlandırır - MONİTORİNQ

​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliyi Gürcüstan mətbuatı geniş işıqlandırır - MONİTORİNQ Mətbuatda Ermənistan prezidentinin bəyanatına əsasən itkilər barədə məlumatlar əksini tapıb
Media
4 Aprel , 2016 09:18
​Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginliyi Gürcüstan mətbuatı geniş işıqlandırır - MONİTORİNQ

Tbilisi. 4 aprel. REPORT. AZ/ Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr və atəşkəs rejiminin pozulması faktı Gürcüstanda da diqqət mərkəzindədir.

"Report" xəbər verir ki, Gürcüstanın nüfuzlu http://www.interpressnews.ge/ru/, http://www.apsny.ge/, http://www.newsgeorgia.ge/ və digər internet xəbər portallarında, eləcə də televiziya və radiolarında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları, eləcə də Azərbaycanın Rusiyadakı səfirinin, Müdafiə Nazirliyinin məlumat, müsahibə və bəyanatları barədə xəbərlərə geniş yer verilib. Məlumatlarda ermənilərin atəşkəsi pozmaları nəticəsində böyük itkilər verdiyi, Azərbaycanın işğal olunmuş torpaqları güc yolu ilə azad etməyə hazır və qadir olduğu, lakin bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada atəşi dayandırdığı mətbuatda xüsusi qeyd olunub. Bununla belə, cəbhə xəttində gərginliyin davam etdiyi də vurğulanır.

Mətbuatda Ermənistan prezidentinin bəyanatına əsasən itkilər barədə məlumatlar əksini tapıb.

Bundan başqa mətbuat yazır ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili aprelin 3-də axşam Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin, eləcə də digər strukturların, parlamentin komitə və fraksiya sədrlərinin üzvləri ilə görüşüb. Görüşdə Azərbaycanın işğal olunmuş ərazilərində - Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması məsələləri müzakirə olunub. Baş nazir yaranmış vəziyyətdən, xüsusən də atəşkəsin pozulması nəticəsində əsgərlərin və dinc insanların həlak olmasından narahatçılığını bildirib. O, beynəlxalq birliyin səyi nəticəsində münaqişənin danışıqlar yolu ilə həll olunacağına inamını ifadə edib.

Parlamentdəki çoxluğun lideri Qriqori Volskinin bəyanatı da mətbuatda geniş yer alıb. Q.Volski bildirib ki, Gürcüstan hakimiyyəti Tbilisidə Ermənistan və Azərbaycan təmsilçilərinin görüşünü təşkil etməyə hazırdır və bununla bağlı hər iki tərəfə müraciət edib.

Son xəbərlər

Orphus sistemi