Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır”

Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır” “Məlumdur ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma istər sosial şəbəkələrdə, istərsə də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılması yolverilməzdir”.
Media
28 İyul , 2022 12:33
Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır”

“Məlumdur ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma istər sosial şəbəkələrdə, istərsə də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılması yolverilməzdir”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Azərbaycan Ordusunun mənafeyinə xələl gətirən saxta və həqiqəti əks etdirməyən məlumatların yayılması yolverilməzdir: “Əgər kimsə bilərəkdən bu cür addımlar atırsa, yalan və saxta məlumatlar yayırsa, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla bağlı birmənalı olaraq hüquqi çərçivədə tədbirlər görülməlidir”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusuna, dövlətinə böhtan atan şəxs Azərbaycan xalqına böhtan atır: “Hesab edirəm ki, bu məsələdə prinsipal mövqe nümayiş etdirməliyik. Orduya qarşı böhtan atmaq yolverilməzdir. Orduya ünvanlanmış böhtan hər bir vətəndaşa ünvanlanmş böhtandır. Ona görə də biz bu məsələdə prinsipal olmalıyıq və bu cür halların qarşısı birmənalı şəkildə alınmalıdır”.

Son xəbərlər

Orphus sistemi