"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq"

"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq" "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq".
Media
22 İyul , 2022 12:39
Əl-Cəzirə Media İnstitutunun əməkdaşı: Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq

"Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq".

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib.

"Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur", - o qeyd edib.

Bakıda səfərdə ikən muzeydə ötən 150 ildə dərc edilmiş qəzetlərlə qarşılaşdığını vurğulayan ekspert həmin nəşrlərin bu günədək gəlib çıxmasında başlıca səbəbi olaraq onların etibarlı və oxunaqlı olmasını göstərib.

Son xəbərlər

Orphus sistemi